patriotnews.az
http://patriotnews.az

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı şəhid atasını ziyarət edib

Dünən, 18:10 Baxılıb: 3

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səhhətində problem yaranan şəhid Oruc Bədəlovun atası Arif Bədəlovu evində ziyarət edib.

Ziyarət zamanı Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak ediblər. Görüşdə Niyazi Bayramov şəhid atasının səhhəti ilə maraqlanıb, onun müraciətini dinləyib və müalicəsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.

Arif Bədəlov ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, şəhid Oruc Bədəlov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 
@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30