patriotnews.az
http://patriotnews.az

Ağdam Sənaye Parkından Qarabağdan Qazaxıstana: İlk qoruyucu çəkmə ixracı başladı

Dünən, 10:10 Baxılıb: 83

 

İyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına mediatur təşkil edilib.

Mediatur çərçivəsində KİV nümayəndələrinə Sənaye Parkının ümumi fəaliyyəti və görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq Parkın 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə təqdim olunub.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci, Qarabağ regionunun isə ən böyük sənaye mərkəzi hesab edilir.

Sahibkarlar tərəfindən bu günədək 115 milyon manatdan çox investisiya yatırılıb və nəticədə 653 nəfər daimi işlə təmin edilib. Hal-hazırda Parkda 9 müəssisə fəaliyyət göstərir, 5-dən artıq müəssisənin isə tikintisi davam edir.

Patriot News.az xəbər verir ki, cari ildə Parkın rezidentləri tərəfindən yeni istehsal sahələrinin yaradılması, idxalı əvəzləyən və ixracyönümlü məhsulların istehsalı istiqamətində işlər genişlənir. Məhz bu çərçivədə Ağdam Sənaye Parkının rezidentlərindən biri tərəfindən Qazaxıstana xüsusi qoruyucu və poliuretan çəkmələrin ixracına başlanılıb. Bu isə Azərbaycanın Qarabağdan ixrac potensialının genişlənməsi baxımından əlamətdar hadisədir.

Qeyd edilib ki, Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət dəstəyi ilə 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular üçün ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

Bundan əlavə, 2025-ci ilin 1 iyun tarixinə qədər Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara 126 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal etdikləri texnika və avadanlıqlara görə 8 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

 

@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30