Pistorius: Almaniya Kiyevə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra bildirib.
"Biz Ukraynaya 4 milyard avro yardım ayırmağı planlaşdırmışdıq. Son aylarda bu məbləği 7 milyard avroya qədər artırdıq. Daha 1,9 milyard avro əlavə etmək istəyirik, lakin bu, hələ qəti qərar deyil", - o qeyd edib.