Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Toplantı Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiqi və “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin ilk oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 12 məsələ daxil edilib.