patriotnews.az
http://patriotnews.az

KİV: İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vura bilər

Dünən, 11:18 Baxılıb: 2

KİV: İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vura bilər

 
İran İsrailin hərəkətlərinə cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarını vura bilər.

Bu barədə “Fars” agentliyinə İranın hərbi rəhbərliyinə yaxın mənbə bildirib.

Mənbələr bildirirlər ki, İran İsrail ərazisinə zərbələr endirməyə davam edəcək və bunun nəticələri çox ağrılı olacaq və İsraili etdiklərinə görə peşman edəcək.

Həmçinin qeyd edilir ki, İranın İsrailə qarşı əməliyyatının növbəti mərhələsi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirməsi ola bilər.

“Yaxın günlərdə müharibə İsrailin işğal etdiyi bütün ərazilərə və regiondakı Amerika bazalarına yayılacaq və təcavüzkarlar İranın qəti və genişmiqyaslı cavab zərbəsinin hədəfinə çevriləcək”, - agentliyin mənbəsi söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30