patriotnews.az
http://patriotnews.az

İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər

Dünən, 17:00 Baxılıb: 7

İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Bu barədə “Report” İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Söhbət zamanı İshaq Dar İsrailin İrana hücumlarını qətiyyətlə pisləyib və bu cür hərəkətlərin regional sabitlik və təhlükəsizliyə yaratdığı təhlükədən narahatlığını bildirib.

A.Əraqçi öz növbəsində bildirib ki, hücumlar İranın suverenliyi və ərazi bütövlüyünün açıq, habelə BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. O, Pakistanın dəstəyini yüksək qiymətləndirib və İsrailin təcavüzünü pisləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30