patriotnews.az
http://patriotnews.az

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində "Son Zəng" tədbirləri keçirilib

Dünən, 16:41 Baxılıb: 113

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə şəhəri M.Hadi adına 10 nömrəli tam orta məktəbdə təşkil olunan "Son Zəng" tədbirində iştirak edib. O, məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir şagirdlərin hazırladığı bədii proqramla davam edib.

Regional idarənin digər rəhbər şəxsləri də müxtəlif məktəblərdə keçirilən "Son Zəng" tədbirlərinə qatılıblar. Müdir müavini Rövşən Kərimov Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbdə, müdir müavini Elmin Məmmədtağıyev Samux şəhər 2 nömrəli tam orta məktəbdə, İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov isə Daşkəsən rayonunun Xoşbulaq kənd tam orta məktəbində keçirilən tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin digər əməkdaşları da tabeliyində olan ümumi təhsil müəssisələrində təşkil olunan "Son Zəng" tədbirlərində iştirak ediblər.

 

@Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30