patriotnews.az
http://patriotnews.az

İmişlinin 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq

23-04-2025, 16:25 Baxılıb: 0

İmişlinin 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq

İmişli rayonunun 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq.

"İmişli" QPS-də yeni ölçü qovşağının quraşdırılması, mövcud ölçü qovşağının sökülərək yerinin dəyişdirilməsi və yeni Dş150 mm-lik şam xəttinin quraşdırılması ilə bağlı, aprelin 24-də saat 10:00-dan etibarən, işlər başa çatanadək "Qaz İxrac" İdarəsi tərəfindən “İmişli” QPS-dən qidalanan “İmişli 1” və “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə İmişli şəhər mərkəzi, 20 kənd, 3 qəsəbənin (18 min 190 abonent), eyni zamanda Saatlı rayonunun Naharlı, Məzrəli kəndlərinin (370 abonent) qaz təchizatında fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30