patriotnews.az
http://patriotnews.az

Nazir: İran Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda razılaşma əldə bilər

11-06-2025, 16:30 Baxılıb: 4

Nazir: İran Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda razılaşma əldə bilər

İran xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda yaxın zamanda razılaşmaya gələ biləcəyinə əminliyini ifadə edib.

Bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mayın 15-də danışıqları davam etdirəcəyimiz üçün İranın nüvə proqramının davamlı sülh xarakterini təmin edə biləcək razılaşmanın əlçatan olduğu və tez bir zamanda əldə edilə biləcəyi aydındır", - o bildirib.

Nazir vurğulayıb ki, Tehranı qane edən nəticə o halda mümkün olacaq ki, danışıqların nəticəsində İrana AEBA-nın nəzarəti altında uran zənginləşdirmə proqramını davam etdirməyə icazə verilsin, həmçinin ölkəyə qarşı sanksiyalar ləğv edilsin.

Bununla yanaşı, A.Əraqçi qeyd edib ki, razılaşmanın əsası İranın heç vaxt nüvə silahı əldə etməyəcəyi barədə razılaşma ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30