patriotnews.az
http://patriotnews.az

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olunub - SİYAHI

Bu gün, 16:22 Baxılıb: 0

Bəzi məhkəmələrə sədr və müavinlər təyin olunub - SİYAHI

Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə:

- Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin;

- Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

- Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

apellyasiya məhkəmələri üzrə:

- Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

- Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

- Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

- Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

- Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

inzibati məhkəmələr üzrə:

- Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilsin;

- Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilsin;

- İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilsin;

- Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilsin;

kommersiya məhkəmələri üzrə:

- İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilsin;

- Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilsin;

- Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilsin;

- Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

- Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilsin;

- Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin.

Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031