patriotnews.az
http://patriotnews.az

Gəncə Avtomobil Zavodunun istehsalı olan traktor Xalça Festivalında maraqla qarşılanıb

Bu gün, 09:19 Baxılıb: 3

Gəncə Avtomobil Zavodunun istehsalı olan traktor Xalça Festivalında maraqla qarşılanıb

03 may 2025-ci il tarixində Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi İçərişəhərdə, Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalında iştirak edib.

Patriot News.az xəbər verir ki, Zavodda istehsal olunan və milli ornamentlərlə bəzədilən traktor ziyarətçilərin böyük marağına səbəb olub. Qeyri-adi dizaynı ilə seçilən bu traktor festivalın diqqət mərkəzinə çevrilib, həm yerli, həm də xarici qonaqlar onunla şəkillər çəkdiriblər.

Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və digər ölkələrdən xalçaçılar, sənət adamları, istehlakçılar və istehsalçılar iştirak ediblər.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi tərəfindən istehsal olunan avtomobil və texnikalar mütəmadi olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə nümayiş etdirilir.


@Patriot News.az









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031