patriotnews.az
http://patriotnews.az

Mirça Rednik: “Azərbaycanlılar məni maliyyə baxımından inandırdılar”

Dünən, 21:16 Baxılıb: 11

 

Rumıniyanın UTA Arad klubunun baş məşqçisi Mirça Rednik Azərbaycan təmsilçisi “Kəpəz”lə danışıqlar apardığını təsdiqləyib. Məşqçi bu barədə azerisport.com-a açıqlamasında məlumat verib.

“Maliyyə baxımından azərbaycanlılar məni inandıra bildilər. Amma biz hələ də mövsümün sonunu gözləyirik. UTA-da mən könüllü olaraq çalışıram, yəni maaşlar gecikdiyi üçün faktiki olaraq pulsuz işləyirəm,” – deyə Rednik Prosport-a açıqlamasında bildirib.

Xatırladaq ki, bir müddət əvvəl “Kəpəz” klubunun rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflər arasında üçillik müqavilənin imzalanmasının mümkün olduğu barədə məlumat yayılmışdı. Hazırda tərəflər arasında danışıqlar davam edir və yekun qərarın cari mövsümün sonunda veriləcəyi gözlənilir.

Hazırda rəsmi sənədlər və müqavilə barədə açıqlama verilməsə də, Rednikin sözləri tərəflər arasında ciddi niyyətin olduğunu göstərir. Gözlənilir ki, yaxın günlərdə bu məsələ ilə bağlı daha ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.


Müəllif: Ceyhun Əliyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031