Rafael Fiziyev Nazim Sadıxovun Bakıda keçiriləcək UFC turnirində qələbə qazanacağına inanır
Bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev deyib.
Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı əslən Azərbaycandan olan Nazim Sadıxovun yüksək səviyyəli döyüşçü olduğunu vurğulayıb.
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək. Nazim Sadıxov isə Nikolas Motta (Braziliya) ilə üz-üzə gələcək.