patriotnews.az
http://patriotnews.az

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü - Fotolar

11-06-2025, 18:28 Baxılıb: 2

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sakinlərlə görüşüb.

Patriotnews.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətləri sırasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sair məsələlər yer alıb.

Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir
















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30