patriotnews.az
http://patriotnews.az

Azərbaycan və Türkiyə ali audit sahəsində növbəti əməkdaşlığa hazırlaşırlar

Dünən, 17:00 Baxılıb: 0

Azərbaycan və Türkiyə ali audit sahəsində növbəti əməkdaşlığa hazırlaşırlar

Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəmərinin auditindən sonra ali audit sahəsində növbəti əməkdaşlığa hazırlaşırlar.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Hesablama Məhkəməsinin sədri Metin Yener bildirib.

"İğdır-Naxçıvan qaz kəmərinin auditini ötən il imzaladığımız protokol əsasında,1 il müddətində uğurla həyata keçirdik. Bu prosesdə Türkiyə tərəfdən "Boru Hatları İle Petrol Taşıma Anonim Şirketi" (BOTAŞ), Naxçıvan tərəfdən isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iştirak etdi. Bu layihə iki ölkənin aparıcı dövlət qurumlarının ilk ortaq fəaliyyəti idi və münasibətlərimiz daha da möhkəmləndirdi. Tərəflər birgə gördükləri işin dünya standartlarına uyğun təqdimatını da etdilər. Bu da iki ölkənin hesablama təşkilatları adına qürurverici haldır. Təxminən 15 gündən sonra Azərbaycan Hesablama Palatasının sədrini Türkiyədə qarşılayacağıq və yeni iş birliyinə dair sənəd imzalayacağıq", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30