Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar AZAL-ın 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:
• Bakı – Dammam – Bakı (J2 8205/8206)
• Bakı – Bəhreyn – Bakı (J2 505/506)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Lahor – Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.