patriotnews.az
http://patriotnews.az

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Bu gün, 10:53 Baxılıb: 2

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?


Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftənin çərşənbə günü - 11 iyun tarixində elan edib. I və IV qruplar üzrə isə qəbul imtahanı isə iyunun 1-də keçirilib.

I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir. 

Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun - cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, əvvəlki illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində açıqlanıb. Lakin bu il iyunun 16-sı - bazar ertəsi qeyri-iş günü olduğundan nəticələrin bir qədər gecikməsi mümkündür. Bu səbəbdən II və III qrupların nəticələrindən fərqli olaraq, I və IV qrupların nəticələrinin 4-cü gün elan olunması istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30