patriotnews.az
http://patriotnews.az

Gəncədə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün, 10:40 Baxılıb: 31

 

Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyublar. Ardınca Şəhidlər xiyabanına gedilərək, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədr müavini Ceyhun Əliyevin çıxışı ilə açıq elan olunub. Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Ceyhun Əliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası haqqında geniş məlumat verib. Daha sonra filialın sədri Eyvaz Hüseynov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində əhəmiyyətindən bəhs edib, Ulu Öndərin müdrik siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Sonda bir qrup Qarabağ qazisinə ictimai fəallıqlarına görə təşəkkürnamələr təqdim olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30