patriotnews.az
http://patriotnews.az

Gəncə MDB-nin İdman Paytaxtı titulunu aldı 

Bu gün, 10:38 Baxılıb: 26

 

15 iyun MDB-nin İdman Paytaxtı SERTİFİKATI MDB-nin İcraiyyə Komitəsinin İctimai, sosial və humanitar sahələr üzrə əməkdaşlıq departamentinin direktor müavini cənab Manuçehir Hojizadə tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim olundu. Bununla da artıq Gəncə MDB-nin İdman Paytaxtı titulunu daşıyır!

Tədbirlə əlaqədar Heydər Əliyev park kompleksinin ərazisində möhtəşəm idman bayramı təşkil olunmuşdur. Bayram tədbiri şəhər sakinləri və qonaqlar üçün əsl şənlik ab-havasında keçdi. İdmançıların paradı, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, rəngarəng musiqi və rəqs proqramları, uşaq və yeniyetmələr üçün əyləncəli idman oyunları tədbirə xüsusi rəng qatdı. Ərazi boyunca qurulan stendlərdə idman nailiyyətləri sərgiləndi, şəhərin idman potensialı nümayiş etdirildi. Şənlik iştirakçıları bayram əhval-ruhiyyəsində gün boyu musiqi, əyləncə və idman yarışlarının dadını çıxardılar. Tədbirin sonunda isə atəşfəşanlıq tədbirə xüsusi coşqu bəxş etdi.

Bu əlamətdar gün Gəncənin idman həyatında yeni bir səhifə açdı və şəhərin beynəlxalq idman mərkəzi kimi nüfuzunun daha da artmasına təkan verdi.


Ceyhun Əliyev

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30