patriotnews.az
http://patriotnews.az

Kəpəz FK-da Məxfilik Rejimi: Susqunluq Niyə Davam Edir?

Bu gün, 10:36 Baxılıb: 63

 

Artıq xeyli müddətdir ki, Kəpəz FK-nın rəhbərliyi, o cümlədən İdarə Heyətinin sədri Namiq Qədirov və onun yardımcıları yeni mövsümə hazırlıq işlərini tam məxfilik şəraitində aparırlar. Klubun fəaliyyəti ilə bağlı demək olar ki, nə mətbuatda, nə də ictimaiyyətdə hər hansı rəsmi məlumat görünmür. Halbuki, Kəpəz bir İctimai Birlik statusunda fəaliyyət göstərən klubdur və bu status müəyyən mənada ictimai hesabatlılığı, şəffaflığı da tələb edir.

Əvvəllər klubun heç olmasa bir mətbuat xidməti mövcud idi və zaman-zaman aparılan işlər, hazırlıqlar, transferlər barədə müəyyən məlumatlar əldə etmək mümkün olurdu. İndi isə daha geniş imkanlara malik Media və Marketinq Departamenti yaradılıb. Təəssüf ki, həmin departament də sanki fəaliyyətsizlik rejimindədir. Mikrafon sönüb, sosial media səhifələri demək olar ki, donub qalıb.

Azarkeşləri və ictimaiyyəti daha çox narahat edən məqamlardan biri isə transfer siyasətindəki tam qeyri-şəffaflıqdır. Nə gedən futbolçular barədə açıqlama verilir, nə də yeni transferlər haqqında məlumat paylaşılır. Komandada kim qalır, kim gedir, yeni mövsümdə hansı heyətlə çıxış ediləcək – bütün bunlar hələ də qaranlıqda qalır.

Ən təəccüblüsü isə odur ki, artıq bir müddətdir klubun rəhbərliyi dəyişsə də, rəhbər şəxslərin özləri barədə də geniş, ictimaiyyətə açıq məlumat əldə etmək mümkün olmur. İdarə heyətinin sədri və onun köməkçilərinin tərcümeyi-halları, ixtisasları, futbol idarəçiliyindəki təcrübələri barədə indiyə qədər cəmiyyətə rəsmi açıqlama verilməyib. Halbuki, belə bir ictimai idman qurumunda şəffaflıq həm də rəhbərliyin kimliyi, onların peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır.

Belə getsə, azarkeşlər bir müddət sonra "Kəpəz FK hansı istiqamətə gedir?" sualını daha ciddi şəkildə verməyə başlayacaqlar. Ümid edək ki, bu "məxfilik rejimi" uzun sürməz və klub rəhbərliyi azarkeşlərin, ictimaiyyətin etimadını qazanmaq üçün daha açıq fəaliyyət nümayiş etdirər. Çünki futbol azarkeş üçün var, azarkeşsiz isə futbolun özü mənasızlaşır.

Ceyhun Əliyev







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30