Kəpəz FK rəhbərliyi azarkeşləri maraqlandıran məsələlərə aydınlıq gətirib
PatriotNews.az saytının məlumatına görə, Kəpəz Futbol Klubunun rəhbərliyi azarkeşləri maraqlandıran bir sıra məsələlərlə bağlı açıqlama verib. Bildirilib ki, yeni mövsümə hazırlıq klubun öz bazasında aparılacaq.
Oyunların Qəbələ şəhər stadionunda keçirilməsi planlaşdırılır.
Hazırda klubun baş məşqçisi komandanın heyətinin komplektləşdirilməsi ilə məşğuldur. İyun ayının sonuna kimi formalaşmış bir "Kəpəz" komandası görəcəyik.
Qeyd edək ki, legioner limiti aradan qaldırılsa da, klub rəhbərliyi əsasən yerli futbolçulara üstünlük verməyi planlaşdırır.
Ceyhun Əliyev