İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH
Məsud Pezeşkian prezident seçkisi qabağı kampaniyada qərblə dialoqa açıq olduğunu bildirirdi.
Qarşılıqlı raket zərbələrindən mübadilələrindən təxminən bir il sonra Omanın vasitəçiliyi ilə ölkə paytaxtı Masketdə ABŞ və İran rəsmi nümayəndələri arasında birbaşa olmayan ilk görüş başladı. Bu danışıqların beş mərhələsinin keçirilməsi Vaşinqton-Tehran yaxınlaşmasının baş verəcəyinə ümidləri artırır, tərəflər arasında mübahisəli məsələlərin dinc, danışıqlar yolu ilə normalaşacağına inam yaradırdı. Çünki Suriya, İraq, Yəmən, Liviya, Livanda baş vermiş hadisələr Yaxın Şərqdə vəziyyəti bütün baxımlardan dramatik hala salmışdı.
Ona görə də regionda ölkələr, qonşular İrandakı hakimiyyətlə İsrail və ABŞ-nin dil tapacağını gözləyirdi.
Görüşün beşinci raundundan sonra ABŞ-nin İrana nüvə məsələsi ilə bağlı təklifləri və ondan istəkləri məlum oldu.
İsrailin Baş naziri Binyamin Netanyahu isə bəyan etdi ki, onlar hücum etməsə idi, İranın husilərə verdiyi nüvə silahını qiyamçılar yəhudi dövləti ərazisinə atacaqdı. Yaxud hökumət bacısı bildirmişdi ki, İsrail hücum etməsə idi, İran bu addımı atacaqdı və s.
Bunların fakt, yaxud arqument olduğunun təsdiqini tarix verəcək.
Bu əməliyyatda İsrailin İrandakı hədəfləri isə aşağıdakılardır:
Birincisi nüvə təsisatları. Bu qurumların binasının dağılması Tehranın nüvə texnoloji sahəsinə ciddi zərbə olacaq. Onun dirçəldilməsinə yeni maliyyə və başqa vəsaitlərin tapılması çətin olacaq. Bu kimi səbəblərdən onları sıradan çıxarmaq İsrail üşün vacib sayılır.
İkincisi, nüvə fizikləri. Bu sahənin 14 aliminin öldürüldüyü bildirilir. Onların öldürülməsi İranın nüvə texnologiyasının dirçəlməsinin qarşısının alınmasına xidmət edən digər amil oldu.
İsraillə İran arasında quru sərhədi olmadığı üçün Sepah və bəsiclərin qərargahlarını vurmaqda hədəf ehtimal etmək olar ki, İranı canlı qüvvə baxımından itkiyə məruz qoymaqdır.
Hərbi sənaye kompleksinin binalarının hədəfə alınmasında məqsəd İranın raket, dron və başqa hərbi texnika və avadanlıq istehsalının qarşısını almaqdır.
Uzun illərdir İranın siyasi elitasında ABŞ başda olmaqla qərblə danışıqlar aparmaq təklif olunur. Ancaq son anda hakimiyyətdəki mühafizəkar xəttin nümayəndələri prosesi əngəlləyirlər. Elə son 20 ildə islahatçı keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsən Ruhaninin dövründə əldə edilmiş müəyyən nailiyyətlərin üzərindən çəkilən xətləri yada salmaq kifayət edər. Hərçənd, 2015-ci il iyulun 15-də qəbul edilmiş Əhatəli Razılaşma Planı Müqaviləsinin icrasında qərbin də günahı az olmayıb.
İslam Respublikası bildirir ki, İsrail BMT Nizamnaməsini pozub. İran Xarici İşlər Nazirliyi qurumun Təhlükəsizlik Şurasını yəhudi dövlətini mühakimə etməyə çağırıb.
Yaxın Şərq və Körfəz dövlətləri müharibəni pisləyib. Azərbaycan və Türkiyə də çıxış yolunun danışıqlar olduğunu istisna etməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkənin bir sıra rəsmiləri ABŞ, Böyük Britaniya, Rusiya və başqa dövlətlərin təmsilçiləri ilə vəziyyəti müzakirə edib. Çıxış yolundan danışıblar. Türkiyə vasitəçilik etməyə hazır olduğunu da bildirib.
İsrail isə Azərbaycanın tərəfdaşıdır. Ölkə ictimaiyyəti onun bu keyfiyyətini Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad edilməsi zamanı gördü. Yəhudi dövləti, vətəndaşları, diasporası Azərbaycanın bu ölkədəki diaspor nümayəndələri özünü dürüst tərəfdaş olaraq apardı.
Ona görə də Azərbaycan İsrail və İran arasında seçim etmir. Rəsmi Bakı tərəflər arasında mübahisəli məsələlərin dialoq yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə onlara dəstək də verə bilər.
Hər bir halda bu müharibə də bitəcək, danışıqlar başlayacaq. “The New York Times” bildirib ki, Donald Tramp ABŞ-nin vitse-prezidenti Cey Di Vens və müşaviri Stiv Uitkoffu bu həftə İran nümayəndələri görüşməyi təklif edib. Ancaq artıq dialoq masası arxasında qüvvələr nisbəti əvvəlki kimi çətin ola....(Report)