patriotnews.az
http://patriotnews.az

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyi PUA hücumuna məruz qalıb

Bu gün, 18:11 Baxılıb: 1

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyi PUA hücumuna məruz qalıb

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Bu barədə Rusiyanın İsveçdəki səfirliyinin məlumatında deyilir.

Hadisə iyunun 17-nə keçən gecə baş verib. Nümayəndəliyin ərazisi üzərindən uçan dron mərkəzi girişin qarşısındakı meydançaya boya paketi atıb.

"Bu hücum Rusiyanın İsveçdəki diplomatik missiyasının binalarına qarşı son vaxtlar baş verən oxşar hücumların davamıdır ki, bu da onun əməkdaşlarının təhlükəsizliyini təhdid edir və nümayəndəliyin əmlakına ziyan vurur", - məlumatda bildirilib.

Qeyd olunub ki, İsveç hakimiyyəti beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsinin öhdəsindən gələ bilməyib.

Səfirlikdən bildirilib ki, ticarət nümayəndəliyi Rusiyanın İsveçdəki diplomatik missiyasının bir hissəsidir və Vyana Konvensiyasında nəzərdə tutulmuş immunitetlər və imtiyazlar idarənin ərazisinə şamil edilir. Konvensiyaya əsasən, qəbul edən dövlət xarici missiyaların toxunulmazlığını təmin etməyi öhdəsinə götürür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30