patriotnews.az
http://patriotnews.az

Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

Bu gün, 18:36 Baxılıb: 2

Ayxan Hacızadə: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam Respublikasındakı Səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.

"İndiyə qədər İrandakı Səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.

İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb", - A.Hacızadə qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30