Daşkənd və Pekin Özbəkistanın ÜTT-yə daxil olması haqqında protokol imzalayıb
Sənəd Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çin Sədri Si Cinpinin danışıqlarının yekunları üzrə imzalanıb.
Qeyd olunub ki, dövlət başçıları iyunun 17-də Astanada "Mərkəzi Asiya - Çin" sammiti çərçivəsində danışıqlar aparıblar.
Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər dinamik inkişaf edən ticari-iqtisadi əməkdaşlığı qeyd ediblər: "2024-cü ildə əmtəə dövriyyəsi 14 milyard dollara çatıb. İnvestisiya layihələrinin portfeli 60 milyard dolları keçir".
"Özbəkistanın regionlarında birgə texnoparklar və xüsusi sənaye zonaları uğurla fəaliyyət göstərir, BYD markalı elektromobillərinin istehsalı genişlənir", - Prezidentin mətbuat xidmətinin məlumatında qeyd edilib.