patriotnews.az
http://patriotnews.az

Kəpəz PFK-nun rəhbərliyi ilə Kəpəzin veteran futbolçuları arasında qalmaqal yeni mərhələyə qədəm qoyubdur

24-11-2024, 09:48 Baxılıb: 179

 

Bildiyimiz kimi, Kəpəzin veteranları uzun müddətdir ki, Kəpəz rəhbərliyini klubun uğursuzluqlarına ittiham edirlər.

Belə ki, klubun nə uşaq futbolunda inkişaf var, nə də əsas heyətində. 

Kəpəz bir neçə ildir ki, möcüzə nəticəsində yüksək Liqada qalır və hər il eyni yer uğrunda sonuncu yerlər uğrunda mübarizə aparır.

Kəpəz veteranlarının sədri Tofiq Məmmədov bu vəziyyəti, klubun rəhbərliyinin öz vəzifələrinin öhdəsindən gələ bilməmələrində və futboldan uzaq olmalarında görür. O, dəfələrlə klubun rəhbərliyinə peşəkar futbolçu kimi , öz fikirlərini bildirsədə, klubun rəhbərliyi bu iradlara əhəmiyyət verməyiblər. Nəticədə göz qabağındadır. Tarixi klub aşağı pillədə sürünür. Kəpəz klubunun İdarə heyətinin sədri İlqar Nadiri isə bunun tam əksini hesab edir. O hesab edir ki, klub əgər o olmasaydı çoxdan I divizionda oynayırdı. 

Kəpəz klubunun rəhbərliyi klubun uğursuzluqlarını sponsorun olmamasında görürlər.

Lakin faktlar tamam əksini deyir, belə ki, çempionatın əvvəlində keçmiş baş məşqçi Adil Şükürovun tələbinə görə, klub rəhbərliyi yararsız transferlərə görə nə qədər maliyyə itkisinə yol verdiyini İlqar Nadiri unudur.

Hal-hazırda klubda 13 legionerdən 10-u qalıbdır. 3 legioner isə müqavilə əsasında kompensasiya tələb edib və klubdan ayrılıblar .

Adil Şükürov özü və köməkçiləri üçün klubdan təzminat alandan sonra istefa veribdir. Bütün bu maliyyə oyunları onsuzda ağır maliyyə böhranı yaşayan komandanın büdcəsinə ciddi təsir edibdir. 

Bu gün Kəpəzin baş məşqçisi Azər Bağırov legioner Mihanadan imtina etməsinə görə, onun əvəzedicilərdə oynamasına gətirib cıxardıbdır. Bir yandan pul yoxdur deyib, o biri yandan legioneri əsas heyət ücün alıb əvəzedici heyətdə oynatmaqda İlqar Nadirinin nə marağı vardır?

 Bütün bunlar heç bir məntiqə sığmır.

Uşaq futboluna gəldikdə isə, burada vəziyyət dahada ağırdır. 

Bir necə ildir ki, uşaq futboluna ayrılan vəsaitdən uşaqlara ekipirovka alınmır, uşaqların bazada normal soyunub, geyinmə və yuyunma otaqları yoxdur . 

Maraqlısıda ondadır ki, bütün bunlar AFFA-nın rəhbərliyinın gözü qarşısında baş verir. 

AFFA nə vaxt dövlət tərəfindən ayrılan pulların təyinatı üzrə sərf olunub olunmamasına nəzarət edəcəkdir? 

Bu sualla AFFA-nin icraçı vitse prezidenti Sərxan Hacıyevə dəfələrlə müraciət etsəmdə , Sərxan bəy susma mövqeyinə daha çox üstünlük veribdir.

Buradan da belə nəticəyə gəlmək olar ki, bu gün kü, mövcud vəziyyət hər iki tərəfi yəni Kəpəz klubunun rəhbərliyini və AFFA-nun rəhbərliyini qane edir.

Patriot News.az saytının baş redaktoru Ceyhun Əliyev.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930