Ərdoğan: İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
O bildirib ki, bu gün Rusiya-Ukrayna nümayəndə heyətləri İstanbulda bir araya gəlib:
“Arzu edirəm ki, həm Vladimir Putin, həm də Volodimir Zelenski İstanbulda və ya Ankarada bir araya gəlsinlər. Hətta Donald Tramp da görüşə qatıla bilər. Qəbul etsələr, mən də onlarla görüşdə bir araya gəlib İstanbulu sülh mərkəzinə çevirmək istəyirəm. Biz bu təşəbbüs üçün addımlar atacağıq".