patriotnews.az
http://patriotnews.az

Komitə sədri: "Azərbaycan nefti ötən il büdcə qiymətindən 10% baha satılıb"

3-06-2025, 11:46 Baxılıb: 7

Komitə sədri: "Azərbaycan nefti ötən il büdcə qiymətindən 10% baha satılıb"

2024-cü ildə dünya bazarında "Azəri Light" markalı neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları təşkil edib ki, bu da dövlət büdcəsində nəzərdə tutulan 75 dollarlıq həddən 10,4 % çoxdur.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

"Ötən ilin dövlət büdcəsi makro iqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30