Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı şaxələndirməyi müzakirə ediblər
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, müzakirələr 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistanın neft naziri Əli Pervaiz Malik ilə görüşdə baş tutub: "Enerji sektorunda həyata keçirilən qlobal layihələr və “yaşıl enerji” sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük”.