patriotnews.az
http://patriotnews.az

Güclü yağış Orduabadda fəsadlar törədib, qaya parçaları yola tökülüb

4-06-2025, 17:45 Baxılıb: 0

Güclü yağış Orduabadda fəsadlar törədib, qaya parçaları yola tökülüb

Güclü yağış Ordubad rayonunda cidd fəsadlar törədib.

Bu gün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.

Sel sularının yolları yuması və özü ilə bərabər lil, qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb.

Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb edilib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.

Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30