patriotnews.az
http://patriotnews.az

Ödənişli yolda avtomobil suyun altında qalıbmış... - Video

17-04-2025, 16:47 Baxılıb: 0

Ödənişli yolda avtomobil suyun altında qalıbmış... - Video

Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.

Sosial şəbəkələrdə həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən suyun səviyyəsinin 1,5 metrə yaxınlaşdığı və avtomobilin banınadək yüksəldiyi məlum olur.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qeyd edilən ərazi ilə bağlı məlumat yayıb. Bildirilib ki, ötən gün yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub. Bu gün isə sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.(“Qafqazinfo”)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930