Nazir müavini: İqlim dəyişikliyi və onun fəsadları siyasi sərhədləri tanımır
İqlim dəyişikliyi və onun fəsadları siyasi sərhədləri tanımır.
Bunu ekologiya va təbii səryətlər nazirinin müşaviri Rüstəm Həsənov “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə deyib.
Onun sözlərinə görə, insanlar bəzən düşünür ki, bir dərəcə havanın isinməyi ilə nə kimi fəsadlar törənə bilər və bu iqlim dəyişikliyinə gətirib çıxartmır:
"Amma bu dəyişikliyin uzun müddətli prespektivdə ətraf mühitin tarazlığının pozulmasına çox neqativ təsirləri var. Dövlət qurumları bunun fərqindədir. Bu səbəbdən əlimizdəki alətlərdən maksimum dərəcədə effektiv şəkildə istifadə etməyə çalışırıq".