Ukrayna Təhlükəsizlik Xidməti: Krım körpüsü partladılıb
Ukrayna Təhlükəsizlik Xidməti növbəti əməliyyat keçirərək Krım körpüsünə zərbə endirib.
Bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik Xidmətinin məlumatına görə, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə xidmətin agentləri Krım körpüsünün dayaqlarını minalayıblar, bu gün isə yerli vaxtla səhər saat 04:44-də birinci partlayıcı qurğu işə salınıb. Mülki əhali arasında itki yoxdur.
Təhlükəsizlik Xidməti qeyd edir ki, trotil ekvivalentində 1100 kq partlayıcı istifadə edilib. Körpünün qəzalı vəziyyətində olduğu bildirilir.