patriotnews.az
http://patriotnews.az

III MDB Oyunlarına hazırlıq işləri sürətlənir

3-06-2025, 10:07 Baxılıb: 42

 

2 iyun tarixində Gənclər və İdman Nazirliyində III MDB Oyunlarına hazırlıq işləri çərçivəsində federasiya nümayəndələri ilə növbəti görüş keçirilib.

Görüşdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov MDB Oyunlarının yüksək səviyyədə təşkili üçün bütün tərəflərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb. Oyunların idman, təşkilati və logistik baxımdan uğurla başa çatması üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Tədbir zamanı yarışların keçiriləcəyi məkanların hazır vəziyyətə gətirilməsi, nəqliyyat sisteminin təşkili, iştirakçıların yerləşdirilməsi və qidalanması, habelə idmançılar və qonaqlar üçün rahat şərait yaradılması məsələləri müzakirə olunub. Həmçinin, yarışlara hazırlıq və digər təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və görüləcək işlərin icra vəziyyətinə nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.

MDB Oyunlarının uğurla keçirilməsi üçün hazırlıq işlərinin bundan sonra da sürətlə davam etdirilməsi qərara alınıb.

 
@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30