İlham Əliyev: Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir:
“Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.