Türkiyənin tanınmış jurnalisti vəfat edib
Bu barədə “Habertürk” məlumat yayıb.
D.Armanın bir müddət əvvəl səhhətində yaranan narahatlıq səbəbi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.
O, ağciyər xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, D.Arman 30 ildən artıq bir müddətdə media qurumlarında çalışıb. Son olaraq “Kanal D”də baş redaktor olub.