patriotnews.az
http://patriotnews.az

Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb

25-01-2025, 14:40 Baxılıb: 25

Qazaxıstanda neft bazasında yanğın baş verib, dörd nəfər xəsarət alıb

Qazaxıstanın Jezkazqan şəhərində neft bazalarından birinin ərazisində baş vermiş yanğın nəticəsində dörd nəfər xəsarət alıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürənlər bir neçə dəqiqə ərzində hadisə yerinə gəlib. Lakin onlar çatmamış partlayış baş verib.

“Yanğın söndürülüb, neft bazasının dörd əməkdaşı xəstəxanaya yerləşdirilib", - qurumdan bildirilib.

Mütəxəssislər yanğının səbəbini müəyyənləşdirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930