Netanyahu ABŞ-yə səfər etməyi planlaşdırır
Bu barədə İsrailin “Walla” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.
"Baş nazir Netanyahu fevralın ilk həftəsində Ağ Evdə Prezident Trampla görüşməyi planlaşdırır", - mənbələr bildirib.
Qeyd olunur ki, Netanyahu bu il yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Ağ Evə görüşə gələcək ilk dövlət lideri olacaq.