Gəncədə abadlıq işləri davam etdirilir
Xan Bağı yuyulub, şəhər ərazisinə iqlim şəraitinə uyğun mövsümü güllər əkilib
Patriot News.az xəbər verir ki , Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhərin ekoloji tarazlığının qorunması, həmçinin yaşıllıq zolaqlarının artırılması məqsədilə keçirilən müxtəlif aksiyalar davam etdirilir. Bu məqsədlə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Gəncənin baş meydanında mövsümə uyğun dekorativ gül və çiçəklər əkilib. Bitkilərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər, ömrünü bitirmiş gül kollarından təmizlənib, torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib. Aksiya çərçivəsində mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Bundan başqa şəhər sakinlərinin və qonaqların istirahət yeri olan Xan Bağının səkiləri, skamyaları, işıq dirəkləri, güldanlar təzyiqli su ilə yuyulub. Əraziyə istiahətə gələnlərin rahatlığı üçün lazımı şərait yaradılıb.