Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssilərində fərdi təhsilin təşkili vəziyyətinin yoxlanılması məqsədilə monitoriqlər həyata keçirilir
Patriot News.az-ın məlumatına görə ,monitorinqlərin keçirilməsində məqsəd təhsilin səmərəli və qanunauyğun təşkili üçün müvafiq tövsiyyələrin verilməsidir.
Qeyd edək ki, uzun müddət təhsildən kənarda qalmış şəxslər üçün fərdi təhsilə ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar, ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar, ibtidai təhsil səviyyəsinin IV, ümumi orta təhsil səviyyəsinin IX sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar cəlb edilirlər. İbtidai təhsil səviyyəsində fərdi təhsilə 15, ümumi orta təhsil səviyyəsində isə 25 yaşadək olan şəxslər cəlb olunurlar.
@ Patriot News. az