patriotnews.az
http://patriotnews.az

IV siniflər üzrə tədris həyata keçirən müəllimlərin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

27-11-2024, 11:00 Baxılıb: 1

 

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və cari tədris ilində IV siniflər üzrə tədris həyata keçirən müəllimlərin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. 

Görüş zamanı Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə bir çox istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, ötən tədris ilində IV və VI siniflər üzrə keçirilmiş monitorinq qiymətləndirmə nəticələrini təhlil edərək nəticələrin məktəblər, siniflər və müəllimlər üzrə müqayisəli təhlilini diqqətə çatdırıb. 

Sektor müdiri həmçinin, ümumtəhsil məktəblərinin IV siniflərində həyata keçirilən monitorinq zamanı bəzi məktəblərdə nəticələrinin zəif olduğunu vurğulayıb. Cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sektor əməkdaşlarına və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930