Belarusun Baş naziri Azərbaycana gəlir
Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.
Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq. Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.
Səfər çərçivəsində bir sıra müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda Belarus Baş naziri azad olunmuş ərazilərə səfər edəcək, orada bir sıra obyektlərə baş çəkəcək. Səfər çərçivəsində biznes Forum da keçiriləcək.