Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində "Mersedes-Benz" markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.
Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
@ Patriot News.az