patriotnews.az
http://patriotnews.az

Goranboy rayon İcra Hakimiyyətində Regional Radioloji Konfransın nümayəndələri ilə görüş keçirildi

25-11-2024, 13:30 Baxılıb: 0

 

Azərbaycan Radioloqlar Cəmiyyətinin növbəti Səyyar Seminarı Goranboy şəhərində fəaliyyət göstərən  Med Life Klinikasında keçirildi. Tədbirin məqsədi, radioloqları son tibbi texnologiyalar və innovasiyalar barədə məlumatlandırmaq, peşəkar bilik və bacarıqların artırılması üçün mütəxəssislər arasında əlaqələrin gücləndirilməsi və radiologiyanın inkişafına dəstək verilməsidir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  Radiologiya Cəmiyyətinin sədri tibb üzrə fəlsəfə doktoru Yunis Əfəndiyev, İmago Medical Systems direktoru Cesur Akyol, tibb üzrə fəlsəfə doktoru Elşad Sadıqov, Onkoloq-Mammoloq,Onkoplatik və Rekonstriktiv cərrah tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov, həkim-radioloq Fəridə Abbasova və Med Life Klinikanın direktoru Günay Mustafayeva  ilə görüşdü. Görüş çərçivəsində, rayonumuzda tibb sahəsində müasir texnologiyaların və innovasiyaların genişləndirilməsi, özəl tibb sektorunun inkişaf etdirilməsi, bu məqsədlə yeni yaradılan Med Life Klinikasının və digər müəssisələrin fəaliyyəti, bu istiqamətdə məqsədyönlü dövlət dəstəyinin göstərilməsi  və gələcəkdə rayonumuzda tibb xidmətinin daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı, müzakirələr aparıldı.@Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930