Azərbaycanda təhsil müəssisələrində çalışan əməkdaşlarla görüşlərə başlanılıb.
Patriot News.az-xəbər verir ki , Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən təhsil müəssisələrinin (məktəbəqədər, ümumi və məktəbdənkənar) əməkdaşları ilə görüşlərə start verilib.
Elçin Kərimov qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Belə görüşlər mütamadi olaraq görüşlər davam etdiriləcək- Elcin Kərimov qeyd edibdir.