Gəncə elektirik şəbəkəsi qışa hazırlıq işlərini başa çatdırıb .
Patriot News.az-ın bölgə müxbiri Fərman Əliyev xəbər verir ki, Gəncə elektrik şəbəkəsinin əməkdaşları tərəfindən hava xətlərinin trassası ağaclardan təmizlənib və işlər mütəmadi olaraq davam etdirilir. Yararsız olan yeraltı kabellər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Bir neçə yarımstansiyada təmir işləri aparılıb.
Hazırda şəhərin 95% ərazisində sayğac quraşdırılıb Elektrik enerjisi ilə təmin edilib.
110 kV-lik Gəncə-1,Gəncə 2 Yeni Gəncə,Mərkəz yarımstansiyalarından cıxan 6 10 kvluq hava və kabel xətlərində təmir bərpa işləri aparilib Paralel olaraq, bu yarımstansiyanın digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Gəncə sakinləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında göstərdikləri diqqət və qayğıya görə
Azərişıq ASC nin sədri cənab Vüqar Əhmədova öz minnətdarlıqlarını bildirirlər.