Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Hüseynov dəfn olunub.
Patriot News.az xəbər verir ki,Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mübariz Hüseynov 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin (Kalinino rayonu) Qızıl - Şəfəq kəndində anadan olub. O, 1993 - cü il oktyabrın 23 - də Cəbrayıl şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Allah bütün Şəhidlərimizin Şəhadətin qəbul, Məkanların Cənnət, Ruhların Şad Etsin.
Amin!