Aqrar Universitetin tədris binalarının ərazisində 1000 ədəd Eldar şamı əkilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1 saylı Tələbə Evinin və Baytarlıq Fakültəsinin tədris korpusunun həyəti və Gəncə Dövlət Aqrar Kollecinin ərazisində “Yaşıl ətraf mühit günləri” adlı tədbirlər keçirilib.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki ,tədbirlər çərçivəsində nəzərdə tutulan ərazilər tədbir iştirakçılar tərəfindən tullantılardan təmizlənib. Həmçinin, ADAU-nun altı tədris korpusu və təcrübə stansiyasının ərazisində 1 000 ədəd Eldar şamı tingi əkilib.