Gəncəçayda və ətraf ərazilərdə MKTİB tərəfindən iməcilik keçirilib
Patriot News . az-ın bölgə müxbiri məlumat verir ki , Gəncədə aparılan genişmiqyaslı təmizlik işləri bu dəfə Gəncəçayın məcrası boyu və Nizami prospektində keçirilib. Təmizlik işləri əsasən körpülərin altında və ətraf ərazilərində aparılıb. Mövsümə uyğun olaraq sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları, eləcədə məişət tullantılarının yığılaraq ərazidən daşınması təmin edilib, mövcud zibil qutularının ətrafında səliqə-səhman yaradılıb. MKTİB-nin 8 saylı Ərazi Xidmət Sahəsinin əməkdaşları tərəfindən Nizami Gəncəvi prospektində yerləşən 3-cü döngə 3 və 5 saylı yaşayış binalarının ətrafında da təmizlik işləri həyata keçirilib, ərazidəki kol və ağaclarda budama işləri aparılıb. Sakinlərin rahatlığı üçün ərazidə müvafiq tədbirlər görülüb.