Samux rayonunda ağacəkmə aksiyası keçirilib.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkil etdiyi, rayonun bütün yaşayış məntəqələrini əhatə edən ağacəkmə aksiyasında Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Samux RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, yerli sakinlər tərəfindən yerli iqlim şəraitinə uyğun gələn 3000 ədədədək Eldar şamı, xan çinarı və sərv ağacları, oleandr və bəzək gül kolları əkiblər.
Əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib. Qeyd edək ki, əkilən ağacların suvarılması üçün müasir damcılı suvarma sistemi çəkilib.